Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məktəblilər arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mini-futbol turniri keçirilib

07 may 2019 | 16:00

07 may 2019-cu il tarixində Nizami Bələdiyyəsinin mini-futbol meydançasında Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mini-futbol turnirinin final mərhələsi keçirilib. 

30 aprel - 07 may tarixində olimpiya sistemi üzrə keçirilən turnirdə 168 gənc idmançı olmaqla 14 komanda yarışıb.

Turnirin yekununda I yerə 12 nömrəli tam orta məktəbin, II yerə 242 nömrəli tam orta məktəbin, III yerə isə 238 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.

Turnirin bağlanış mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə ölkədə bütün sahələrin, o cümlədən idmanın və təhsilin inkişafının diqqət mərkəzində saxlanıldığını, bu gün də ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirildiyini qeyd ediblər. Eyni zamanda, Nizami rayonunda da idmanın inkişafına xüsusi diqqət göstərildiyini söyləyən natiqlər yarış iştirakçılarını təbrik edərək, onlara öz ürək sözlərini çatdırıb və uğurlar arzulayıblar.

Sonda Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov qalib komandalara kubok, medal və diplomları təqdim ediblər.

Keçidlər