Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

22 may 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının illik iş və tədbirlər planına uyğun olaraq 2019-cu il may ayının 22-də 214 №-li orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlər” mövzusunda görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, polis leytenantı Xədicə Hüseynova və 214 №-li məktəbin direktor müavini Arzu Alışqızı çıxış edərək zərərli vərdişlər, onların sağlam həyat tərzinin formalaşdırılmasında göstərdiyi mənfi təsirlər, eləcə də insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə tədbir iştirakçılarına məlumatlar veriblər. Çıxışlarda sağlam həyat tərzinin alternativi olmadığı və yeniyetmə-gənclərin zərərli vərdişlərdən uzaq olmasının zəruriliyi önə çəkilib.

Tədbirdə həmçinin zərərli vərdişlər barəsində şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu yaralardan bəhs edən  video-çarx nümayiş etdirilib.

 

Keçidlər