Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Nəsimi ili” çərçivəsində növbəti tədbir keçirilib

21 may 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli Sərəncamlarının icrası istiqamətində Nizami rayonunda 21 may 2019-cu il tarixində 210 №-li tam orta məktəbdə "Dahi Nəsimi-650" adlı tədbir keçirilib.

Tədbirdə Nizami rayon məktəblərinin ingilis dili fənni üzrə metodbirləşmə rəhbərləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Təhsil İnstitutunun şöbə müdiri Bibixanım İbadova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Səkinə Ağalarova,  görkəmli rejissor, Əməkdar incəsənət xadimi və Xalq artisti Şeyx Əbdül Mahmudov, Azərbaycan Respublikasının əməkdar artisti, “Nəsimi” filmində Fatma rolunun ifaçısı Xalidə Quliyeva, İctimai televiziyanın aparıcısı Saleh Bağırov və məktəbin direktoru Kəmalə Rəsulova çıxış edərək Nəsiminin həyat və yaradıcılığı barədə geniş məlumatlar veriblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu Sərəncam Azərbaycan mədəniyyətinin zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Çıxış edənlər xüsusi olaraq vurğulayıblar ki, Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib. İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Mütəfəkkir şair qüdrətli söz ustaları Şah İsmayıl Xətai, Füzuli, Vaqif və başqalarının yaradıcılığına böyük təsir göstərib.

Eyni zamanda, bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il  tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Tədbirdə həmçinin şagirdlərin ifasında Azərbaycan və ingilis dillərində şairin qəzəlləri söylənilib, səhnələr göstərilib, "Nəsimi" filmindən qısa fraqmentlər nümayiş etdirilib.

Keçidlər