Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 1 Iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

30 may 2019 | 16:00

30 may 2019-cu il tarixində “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyi və YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mən yoqa edirəm” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva İctimai Birliyin daun sindromlu və serebral iflicli uşaqların bacarıq və iradələrinin nümayiş olunması üçün keçirilən tədbirlərdən, belə tədbirlərin onlarda pozitiv əhvali-ruhiyyə yaratmaq və cəmiyyətə inteqrasiya olunmaq baxımından əhəmiyyətindən danışıb.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək daim diqqət və qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılmasının başlıca sosial vəzifə olduğunu söyləyərək bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edib.

Sonra daun sindromlu uşaqların yoqa təqdimatı olub.

Sonda yoqa təqdimatı iştirakçıları medallarla təltif ediliblər.

Keçidlər