Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əlirza oğlu Əliyevin anım günü ilə bağlı ümumrayon tədbirləri təşkil edilmişdir.

13 dekabr 2013 | 16:00

12 dekabr 2013-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən “Xarı Bülbül”, “Romance Palace”, “Golden Ring”, “Xəmsə” ailəvi istirahət mərkəzlərində, Q.Qarayev prospekti 109 və Keşlə qəsəbəsi, Sabir küçəsi 70 ünvanlarında yerləşən Mədəni-kütləvi tədbirlər evində Ulu öndər Heydər Əliyevin anım mərasimi ilə əlaqədar ehsan süfrələri açılmışdır.
      Anım mərasimlərində idarə, müəssisə və ictimai təşkilatların rəhbərləri, kollektiv üzvləri, rayon sakinləri iştirak etmişlər.
     Ehsan süfrəsindən sonra rayon ictimaiyyəti Fəxri Xiyabanda Ulu öndər Heydər Əlirza oğlu Əliyevin məzarını ziyarət etdilər.

Keçidlər