Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

08 yanvar 2020 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq 08 yanvar 2020-ci il tarixində 229 nömrəli tam orta məktəbdə  Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Q.Qarayev prospekti 55, 63 və Nəsimi küçəsi 28, 30, 32 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Qəbulda sakinlərin təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Keçidlər