Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər bağı park-bulvarda Novruz bayramı münasibətilə bayram şənliyi təşkil olunmuşdur.

19 mart 2014 | 16:00

18 mart 2014-cü il tarixində Novruz bayramı münasibətilə Heydər bağı park-bulvarda Rayon İcra Hakimiyyəti tərəfindən bayram şənliyi təşkil olunmuşdur. Bayram tədbirində millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
Rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Rayon İcra  Hakimiyyətinin başçısı Tahir Budaqovu parkın önündə hazırladıqları ədəbi-bədii kompozisiya ilə qarşıladılar.
T.Budaqov bayram tonqalını yandıraraq tədbir iştirakçılarını İlaxır çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi və onlara cansağlığı, səadət, firavanlıq, bol ruzi-bərəkət arzulayaraq uğurlar dilədi.
Həmçinin Heydər bağı park-bulvarda təlim-tərbiyə və məktəbdənkənar müəssisələr tərəfindən Novruz bayramına həsr olunmuş sərgi təşkil edilmiş, müxtəlif milli oyunlar, folklor nümunələri nümayiş etdirilmişdir.

Keçidlər