Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda reydlər davam etdirilir

30 iyul 2020 | 16:00

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda gündəlik olaraq reydlər aparılır.

Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, xüsusi karantin rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə Rayon İcra Hakimiyyətində yaradılan Operativ  Qərargahın üzvləri və sahə inzibati ərazi dairələrinin, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin və digər idarə və təşkilatların əməkdaşlarından, fəal gənclər və könüllülərdən ibarət mobil qruplar rayon ərazisində, o cümlədən Keşlə qəsəbəsində fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirir, vətəndaşlarla maarifləndirici söhbətlər aparır, sərtləşdirilmiş karantin rejimi dövründə sanitar qaydalara əməl olunmasının vacibliyini bildirirlər.

Reydlər zamanı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilir, sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi, işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması, sosial məsafələrin gözlənilməsi barədə göstərişlər verilir.

Bundan əlavə, Rayon Polis İdarəsi tərəfindən yaşayış yerini icazəsiz  tərk edən, qapalı məkanlarda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar müəyyən edilərək onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülür.

 

 

 

 

Keçidlər