2 iyul 2016-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici" IV Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyinə yekun vurulmuşdur.
02 iyul 2016-cı il tarixində Nizami Rayon Polis İdarəsində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilmişdir.
01 iyul 2016-cı il tarixində Nizami rayonunun Heydər Bağı Park-Bulvarında çağırışçıların həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir.
28 iyun 2016-cı il tarixdə İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində çoxlu sayda insan ölümü ilə nəticələnən hadisəyə öz etirazlarını bildirmək üçün Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında toplaşan Nizami rayon gəncləri səfirliyin qarşısına gül dəstələri düzmüş, terror qurbanlarının xatirəsini yad edərək yaralananlara şəfalar diləmişlər.
Təmir işləri Q.Qarayev prospektinin Ş.Mirzəyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan 2850 metrlik hissəsində aparılır. Burada 4 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni ortalama 24 metr təşkil edir.
Nizami rayonunda Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunub.
Nizami rayonunda Rüstəm Rüstəmov küçəsinin Mikayıl Əliyev küçəsi və Qara Qarayev prospektləri arasında yerləşən hissəsində təmir-tikinti işləri aparılıb.
23 iyun 2016-cı il tarixində “Astoria” istirahət mərkəzində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir keçirilmişdir.
22 iyun 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 saylı orta məktəbdə rayon məktəblərinin direktor müavinləri, psixoloqları və şagirdlərinin iştirakı ilə 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü münasibətilə “Narkotiklərə yox deyək” adlı ümumrayon tədbiri keçirilmişdir.
21 iyun 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti tərəfindən “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi ilə birgə yeniyetmə gənclərin və təhsil işçilərinin iştirakı ilə “Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
09 iyun 2016-cı il tarixində YAP Nizami rayon təşkilatında Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı ilə birgə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır” adlı tədbir keçirilmişdir.
8 iyun 2016-cı il tarixində 145 nömrəli orta məktəbdə rayon ictimaiyyətinin iştirakı ilə "Multikulturalizm ili" çərçivəsində "Azərbaycan hamımızın vətənidir" adlı rayon tədbiri keçirilmişdir.
7 iyun 2016-cı il tarixində Bakı Texniki Kollecində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyətinin, o cümlədən gənclərin iştirakı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filminin təqdimatı keçirilmişdir.
6 iyun 2016-cı il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Nizami Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Multikulturalizm ili”nə həsr olunmuş “Dostluq çələngi” adlı tədbiri keçirilmişdir.
01 iyun 2016-cı il tarixində 251 saylı tam orta məktəbdə 01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Nizami rayon tam orta məktəblərinin ibtidai sinif şagirdləri arasında asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir.
31 may 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi ilə birgə rayon ərazisində fəaliyyət göstərən Ağdam 73 nömrəli köçkün məktəbində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şagirdlər üçün bayram şənliyi təşkil edilmişdir.
26 may 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində 28 May Respublika Günü münasibətilə tədbir keçirildi.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Bakı Şəhər Narkoloji Dispanseri ilə birgə 2016-cı il may ayının 19-da Keşlə qəsəbəsindəki 328 №-li orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Biz həyatı seçirik!” adlı tədbir keçirilmişdir.
19 may 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti və 220 №-li məktəb-liseyin təşkilatçılığı ilə “Multikulturalizm uşaqların gözü ilə” adlı ədəbi-bədii tədbir təşkil olunmuşdur.
10 may 2016-cı il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Nizami rayonu ərazisində ağacəkmə kampaniyası keçirilmişdir.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Nizami rayonunda veteranlarla evlərində hər biri ilə fərdi görüş keçirilmiş, onlara maddi köməklik göstərilmişdir.
05 may 2016-cı il tarixində 62 nömrəli məktəb-liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan: möhtəşəm inkişaf erasına doğru” adlı ümumrayon tədbiri keçirilmişdir.
Prezident cənab İlham Əliyev Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə tanış olub.
Nizami rayonunda 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvanski küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.
Prezidenti cənab İlham Əliyev Nizami rayonunun 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yaradılan şəraitlə tanış olub.