Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ - gözümüzün nuru, mədəniyyət beşiyimiz

25 noyabr 2020 | 16:00

İşğal olunmuş torpaqlarımız ürəyimizin ən dərin guşəsində hər zaman sızlayan bir yara olaraq qalırdı. Lakin Müzəffər Ordumuzun, Ali Baş Komandanımızın yüksək peşəkarlığı və xalqın birliyi sayəsində Qarabağın müdafiəsi həyata keçdi və biz Qələbə əldə etdik.

2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən ata yurdum, doğulub-böyüdüyüm Ağdamım noyabrın 20-də işğaldan azad olundu. Azərbaycan Ağdam şəhərini hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etdi. Digər rayonlar kimi, Ağdamın da azad olunması tarixi hadisədir. Regionda Ağdam əhalinin sayına görə ən böyük şəhərdir. Agdamlılar birinci və ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş, çoxlu şəhidlər vermişdir.

Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.

Prezident İlham Əliyev: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağına qayıdacaqsınız. İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri bərpa edəcəyik. Biz tarix yazırıq, yeni tarix. Bu, Zəfər tarixidir.”

Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da Qələbə qazanaraq istədiyinə nail ola bilmişdir. Biz bilirik ki, Ağdamın azad edilməsi Şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Məhz bu qalibiyyətə görə Ali Baş Komandana – cənab İlham Əliyevə, Azərbaycan Ordusuna öz təşəkkürümü bildirirəm. Allah Şəhidlərimizə rəhmət etsin. Onlar bizim qürurumuzdur. 

 

Səfərova Nəzakət Murad qızı
214 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər