Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın yeni şanlı tarixini yazan Ali Baş Komandan

25 noyabr 2020 | 16:00

Axır ki, Azərbaycan mənfur, düşməni masa arxasında oturmağa məcbur etdi. Bu, Azərbaycanın həm hərbi, həm də siyasi qüdrətinin nəticəsində mümkün oldu. Azərbaycan xalqı Şuşanın işğaldan azad olunmasını böyük coşqu və sevinclə qarşıladı. Bu böyük uğurlu qələbədən sonra üçtərəfli sazişin bağlanması xalq arasında birmənalı qarşılanmadı. Çünki xalq öz şərəfsiz düşməninin xəyanətkar olduğunu çox yaxşı bilir. Ona havadar çıxanların da çirkin siyasətindən xəbərdardır. Bütün xalq səbirsizliklə öz əziz Prezidentinin müraciətini gözləyirdi. Çünki xalq yalnız cənab Ali Baş Komandana və onun dediyi sözlərə güvənirdi. Noyabr ayının 20-si Azərbaycan Respublikasının Prezidenti dedi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”. Cənab Ali Baş Komandan öz çıxışında qeyd etdi ki, biz Ağdamı qan tökmədən öz güclü siyasətimizin nəticəsində azad etdik. O həm də vurğuladı ki, Ağdam həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində çoxlu şəhidlər verib.

Bütün işğal olunmuş ərazilər kimi Ağdamı da mənfur düşmən darmadağın etmişdir. Xalqın təbirincə desək, daşı daş üstə qoymamışdılar. Beynəlxalq hüquq və norma tanımayan düşmən Ağdamda olan tarixi-mədəni abidələrimizi çapıb-talamış, Ağdamı Qafqazın Xirosiması və ruhlar şəhərinə çevirmişdir. Bizi hər tərəfdən top atəşinə tutan beynəlxalq mediaya cənab Prezident çox dəqiq və güclü dəlillərlə cavablar verirdi. O qeyd edirdi ki, heç kim beynəlxalq hüquq və normalara məhəl qoymur. Hər kəs öz bildiyini edir, biz isə öz əzəli və tarixi torpaqlarımızı istəyirik. Biz vəhşi erməni quldurları tərəfindən darmadağın edilən torpaqlarımızı dirçəldəcək, tarixi infrastrukturu qorumaqla müasir tikililər salacağıq. Bütün çıxışlarında cənab İlham Əliyev bu ağır və gərgin mübarizədə qardaş Türkiyənin bizə olan dəstəyini vurğulayırdı. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi xalqın milli şüarına çevrildi.

İşğaldan azad edilmiş ərazilərə səfəri zamanı dağıdılmış, talan olmuş yerləri ürək yanğısı ilə çatdıran cənab İlham Əliyev əyilərək bayrağı öpdü və bir əsgər kimi and içdi ki, bu yerləri cənnətə döndərəcək. Bütün dünya bu cənnətə tamaşa etməyə gələcək.

Cənab Ali Baş Komandan, İgid Əsgər, ey Azərbaycanın şanlı qəhrəman oğlu, Sizə bu çətin, şərəfli işdə uğurlar arzulayırıq. Onu bilin ki, bütün xalq bir yumruq kimi Sizin ətrafınızda birləşib. Çünki Siz Azərbaycanın yeni şanlı tarixini yaratdınız. Bu xalqın şərəf və ləyaqətini özünə qaytardınız.

Yaşasın Azərbaycanın yenilməz qüdrətli ordusu! Yaşasın Ali Baş Komandan!

Keçidlər