Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə Heydər-bağı park-bulvarda Gül bayramı keçirilmişdir.

02 may 2014 | 15:00

01 may 2014-cü il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə rayonun Heydər bağı park-bulvarında Gül bayramı keçirilmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva, Flora Qasımova, idarə, müəssisə və təşkilatların rəhbərləri, təlim-tərbiyə müəssisələrinin kollektivləri, rayon sakinləri iştirak etmişlər.

Bayram tədbirində rayonun 25 orta ümumtəhsil məktəbi, 22  məktəbəqədər təhsil müəssisəsi, “Qayğı” Reabilitasiya Mərkəzi, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, “European Tobacco Baku” ASC, “Veysəloğlu” MMC, “New Sphera LTD” MMC müəssisələri və digər idarə, təşkilatlar güllərdən hazırladıqları müxtəlif kompozisiyaları təqdim etmişlər.

Kollektivlər ən yaxşı gül-çiçək kompozisiyası, dekorativ gül rəsmi, tətbiqi sənət nümunəsi, gül geyimi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri isə asfalt üzərində ən yaxşı gül rəsmləri nominasiyalarında iştirak etmişlər. Həmçinin Heydər bağı park-bulvarın dərnək üzvləri tərəfindən rəsm işləri nümayiş olunmuşdur.
Nominasiyalar üzrə sərgilənən işlərə Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası baxış keçirmişdir.

Keçidlər