Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü münasibətilə rayonda təntənəli bayram konserti təşkil edilmişdir.

16 iyun 2014 | 15:00

15 iyun 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibətilə Heydər Bağı – Park Bulvarda Azad Azərbaycan Müstəqil Teleradio Yayım Kompaniyası tərəfindən canlı yayımlanan “Qurtuluşdan tərəqqiyə” adlı təntənəli bayram konserti təşkil edilmişdir.
Bayram konsertində millət vəkilləri Sədaqət Vəliyeva, Flora Qasımova, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Konsertdə tanınmış incəsənət ustaları və estrada müğənnilərinin ifalarında sevilən mahnıları səsləndirilmişdir.
Konsertin sonunda möhtəşəm bayram atəşfəşanlığı olmuşdur.

Keçidlər