Martın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 110 №-li körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
22 fevralda İcra Hakimiyyətində 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, Flora Qasımova, Rüfət Quliyev, İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Ramiq Həşimov iştirak etmişlər.
13-25 fevral tarixlərində rayonda Xocalı soyqırımının 20-ci ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur. Belə ki, bütün tədris müəssisələrində faciəni əks etdirən foto və rəsm sərgiləri təşkil edilmiş, inşa yazı müsabiqələri, dəyirmi masalar, ədəbi-bədii tədbirlər və faciənin şahidləri ilə görüşlər keçirilmiş, müəllim və şagird kollektivləri Xocalı soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ...
25 yanvar 2012-ci il tarixində 201 №-li məktəbdə Keşlə qəsəbə nümayəndəsinin 2011-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.