26 fevral 2021-ci il tarixdə Nizami rayonunda “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.
10 fevral 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında II Qarabağ müharibəsinə həsr olunmuş “Vətən müharibəsi – Qarabağ zəfəri” mövzusunda inşa yazı müsabiqəsinin 2-ci mərhələsi keçirilib.
08 fevral 2020-ci il tarixindən Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhalinin vaksinləşmə prosesinə başlanılmışdır.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin hər səfərinə baxarkən və hər çıxışına qulaq asarkən istənilən vətəndaş hiss edir ki, bu çıxış, vətənini, xalqını sevən hər kəs üçün bir fəaliyyət proqramıdır, yol xəritəsidir! 1 fevral 2021-ci il tarixində Abşeron Rayon Mərkəzi xəstəxanasının açılış mərasimindəki çıxışı bir daha sübut etdi ki, möhtərəm prezidentimiz bu torpağa, onun tarixinə, mədəniyyətinə necə hörmətlə yanaşır və bu xalqın sağlamlığının qayğısına qalır.
Son dövrlər baş verən hadisələr göstərdi ki, ölkəmizdə xalq və dövlət birliyi sarsılmaz və əbədidir. Vətən müharibəsi dövründə xalqımız bir yumruğa dönərək düşmənə diz çökdürdü, ona elə bir dərs verdi ki, illər keçsə də, bu tarixi dərs unudulmayacaq, zaman-zaman dillərdə dastana dönəcək.
Cənab Prezidentin bu günlərdə Respublikanın Dövlət televiziyasına verdiyi müsahibə olduqca maraqlı idi. Bu müsahibədə son illərdə dövlətimizin bütün sahələrdə yeritdiyi siyasət öz əksini tapmışdır.
Səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Heydər Əliyev hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulamışdır.
Ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınması, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.
21 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilimişdir.
Eyni etnik kökə malik olan Azərbaycan və Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılsa da, bu əlaqələrin tarixi qədim və möhkəm münasibətlərə söykənir. Baxmayaraq ki, Xəzər dənizi ilə bağlı problemlər dövlətlərimiz arasında müəyyən zaman çərçivəsində narahatçılığa səbəb olmuşdur, lakin sonuncu videokonfrans problemlərin həlli ilə bərabər yeni inkişaf xəttinə də şərait yaratmışdır.
23 yanvar 2021-ci il tarixində Nizami rayonu ərazisində kommunal xidmətlər tərəfindən təmizlik işləri aparılıb.
2020-ci il Sumqayıt və Sumqayıtlılar üçün də həyəcan, intizar nəhayət Qələbə ili oldu. Onlarda şəhidinə qucaq açdı, göz yaşları və tər qərənfillərlə şəhid məzarlarını “bəzədi, qazisinin yaralarına məlhəm olmağa çalışdı. Mübarizəmizin haqq işi olduğu üçün bu yolda heç nəyi əsirgəmədi... Böyük Vətən Müharibəsinin Qələbəsindən qürurlandı... 30 illik işğala 44 gündə son qoyan müzəffər ordumuzun möhtəşəm Zəfər paradını sevinclə seyr etdi... Böyük qayıdışa öz töhfəsini vermək üçün yeni imkanlar axtarmağa çalışdı...
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçən əsrin sonlarında ölkədə milli azadlıq hərəkatını boğmaq, suveren bir dövlət yaratmaq istəyi ilə ayağa qalxan xalqın inamını qırmaq məqsədilə 1990-cı il yanvarın 20-də Bakı şəhərinə və respublikanın bir neçə rayonuna Sovet Silahlı Qüvvələri yeridilərək küçələrə çıxmış silahsız insanlar qəddarcasına qətlə yetirilmiş, həmin hadisələrdə 133 dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.
Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşlərinin birində demişdir: ”20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümunəsidir”.
Yaxın tariximizdə baş verən hadisələrin öyrənilməsi və araşdırılması çox vacib vəzifələrimizdən biridir. Bu səbəbdən gənclərimiz tarixi həqiqətləri öyrənməlidirlər və bilməlidirlər. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli, gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
Sənayeləşmə və qeyri-neft sahəsinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü il Azərbaycanda “sənaye ili” elan edilmişdi.
Tarixi vərəqləyəndə şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz, şəhidsiz və itkinsiz keçməyib. Sentyabrın 27-dən başlanmış Vətən müharibəsi də uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Elə bir məclis, tədbir, hətta yas, toy göstərmək mümkün deyil ki, orada torpaqlarımızın azad olunması, işğaldan xilas edilməsi istəyi dəfələrlə qeyd edilməsin. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olundu, Qarabağ Azərbaycanındır! Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verdi.
11 yanvar 2021-ci ildə Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Azərbaycan xalqı əsrlər boyu keşməkeşli tarix yaşamışdır. Bu xalq həmişə güclü, döyüşkən, əzmkar olmuşdur. Düşmən qarşısında əyilməmiş, başını dik tutmuşdur. 44 günlük Vətən müharibəsi bunu sübut etdi. Mərd qorxmaz oğul yetişdirən analar ağlamadı, Vətən sağ olsun dedi! Babəklər, Cavanşirlər, Tomrislər yetişdirən Azərbaycan öz adını tarixə qızıl hərflərlə yazdı. Düşmənə sübut etdi ki, bizim güclü ordumuz, sözü və əməli bir olan Prezidentimiz var. Biz yumruq kimi birləşmişik. 2020-ci ilin yekununda xalqımız öz adını tarixə yazdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 gün ərzində tarixi Qələbə qazanaraq torpaqlarımızı azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycan dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Azərbaycan bu gücdən istifadə edərək qarşısında duran əsas vəzifəni şərəflə yerinə yetirir.
Yeni metodologiya ilə hazırlanan “Qlobal Rəqabətlilik Hesabatı – 2019” hesabatında Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb.
Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilmişdir. Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.
Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
Tarif (qiymət) Şurasının yanvarın 4-də keçirilmiş iclasında aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Nəticədə təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməsə də, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bəs görəsən Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması hansı zərurətdən irəli gəlib və bu addım insanların həyat tərzinə necə təsir edəcək?
Azərbaycan xalqı dünyanın mədəni xəzinəsinə öz töhfəsini vermiş nadir ölkələrdəndir. Hələ qədim dövrlərdən xalqımızın incəsənətin əksər sahələrinə aid yaratdığı dəyərli nümunələr bu gün də bütün dünyada tanınır və sevilir. Çoxəsrlik poeziya tariximiz, memarlıq abidələrimiz, sənətkarlığı ilə seçilən tətbiqi sənət nümunələrimiz xalqımızın tükənməz istedadından xəbər verir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli-mədəni dəyərlərimiz olmuşdur.