Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda sakinlərin tibbi müayinədən keçirilməsi həyata keçirilir

26 fevral 2016 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevral ayının 15-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrasını təmin etmək məqsədilə rayonda tədbirlər həyata keçirilir. Sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili üçün xüsusi qrafik tərtib olunmuşdur.  
Rayon sakinlərinin tibbi müayinədən keçirilməsi istiqamətində 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarında, 26 №-li Şəhər poliklinikasında bütün zəruri hazırlıq işləri görülmüşdür və Rayon İcra Hakimiyyəti tərəfindən səhiyyə müəssisələrinə hərtərəfli köməkliklər göstərilir.
Ümumilikdə, rayon üzrə 18 yaşdan yuxarı 115300 nəfərin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur.
Fevralın 15-dən 26-dək olan müddətdə 11699 rayon sakini icbari tibbi müayinədən keçmiş, onlardan 11226 nəfər sağlam hesab edilmiş, 404 nəfər ambulator, 69 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.
Eyni zamanda, növbəlilik sistemi əsasında idarə və təşkilatların əməkdaşları da müayinəyə cəlb olunmuşdur. Qeyd olunan dövrdə 75 təşkilat və kollektiv tibbi müayinədən keçmiş, aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilmişdir.
 

Keçidlər