Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Bəkir Çobanzadə küçəsində təmir işlərinin ikinci mərhələsi başa çatmışdır

09 aprel 2016 | 16:00
Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən, uzunluğu 780 metr, eni isə 14 metr olan hissəsində “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri başa çatıb.
Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılıb, köhnə səki daşları sökülüb, asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilib. Ümumilikdə 2 qat olmaqla 11 min m2  sahə asfaltlanıb. Küçə boyu 1600 p/m yeni səki daşı düzülüb, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənib, mövcud olan piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.
Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə sözügedən hissədə uzunluğu 15 metr, eni isə 3,5 metr olan 3 xüsusi “cib”li dayanacaq tikilib.
Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd edək ki, Bəkir Çobanzadə küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən uzunluğu 924 metr, ortalama eni isə 15 metr olan hissəsində təmir işləri fevral ayında aparılmışdır..

 

 

 

http://www.azeravtoyol.gov.az/

Keçidlər