Şriftin ölçüsü :

Saytın rəngi :

"Şahin" hərbi - idman oyununun rayon mərhələsi keçirilmişdir

13 aprel 2016 | 16:00
13 aprel 2015-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Niuzami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların "N" saylı hərbi hissəsində "Şahin" hərbi-idman oyununun rayon mərhələsi keçirilib. 
Yarışda rayon üzrə 24 orta ümumtəhsil məktəbinin 336 şagirdi iştirak edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Əli Axundov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev bu yarışların böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən və məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb edilməsilə onların ordu sıralarında xidmətə hazırlanmasındakı köməyindən söz açmışlar.
Yarış şagirdlərin təntənəli marşla tribuna önündən keçərək onların sıra hazırlığının səviyyəsinin yoxlanılması ilə başlanıb. Sonra komandalar fiziki hazırlıq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma kimi mərhələlərdə öz qüvvələrini sınayıblar.
Yarışda 32 saylı tam orta məktəbin komandası I yerə, 238 saylı tam orta məktəbin komandası II yerə, 229 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib gələn 32 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıb.
 

Keçidlər