Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir

01 iyun 2016 | 16:00
01 iyun 2016-cı il tarixində 251 saylı tam orta məktəbdə 01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Nizami rayon tam orta məktəblərinin ibtidai sinif şagirdləri arasında asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə 21 tam orta məktəbdən 46 şagird iştirak etmişdir.
Müsabiqə başa çatdıqdan sonra münsiflər heyətinin qərarına əsasən 251 saylı tam orta məktəbin şagirdi Masyura Mariya Sergeyevna I yerə, 129 saylı tam orta məktəbin şagirdi Mehdi Murad İlkin oğlu II yerə, 312 saylı tam orta məktəbin şagirdi Həsənova Nigar Taleh qızı isə III yerə layiq görülmüşdür.
Sonda qaliblər və müsabiqə iştirakçıları diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər