Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Müqəddəs Qurban Bayramı qeyd edildi

12 sentyabr 2016 | 16:00

Müqəddəs bayramlardan sayılan Qurban bayramı bütün müsəlman ölkələrində qeyd olunduğu kimi Azərbaycanda da müstəqillik əldə edildikdən sonra dövlət səviyyəsində bayram edilir.

Hər il olduğu kimi, Nizami rayonunda bu il də Qurban bayramı münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir neçə ünvanda qurbanlar kəsilərək Böyük Vətən müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri üzvlərinə, rayon ağsaqqallarına, imkansız və aztəminatlı ailələrə qurbanlıq payları paylanmışdır. Eyni zamanda yataq xəstələri olan, fiziki imkanları məhdud  rayon sakinlərinə də evlərinə qurban payları və bayram hədiyyələri çatdırılmışdır.

 

Keçidlər