Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonu 328 nömrəli, Sabunçu rayonu 78 nömrəli tam orta və Füzuli rayonu 5 nömrəli məcburi köçkün məktəblərinin kollektivləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinə səfər ediblər

29 sentyabr 2017 | 16:00
29 sentyabr 2017-ci il tarixində Nizami rayonu 328 nömrəli, Sabunçu rayonu 78 nömrəli tam orta və Füzuli rayonu 5 nömrəli məcburi köçkün məktəblərinin bir qrup müəllim və şagird heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinə səfər ediblər.
Səfər edən nümayəndə heyətinin tərkibində Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Babək Əliyev olublar.
Səfər iştirakçıları Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanışlıqdan sonra 3 məktəbin müəllimləri şagirdlərinə riyaziyyat, biologiya, xarici dil fənləri üzrə və ibtidai sinifdə açıq dərslər veriblər.
Sonda Cocuq Mərcanlı kənd tam orta məktəbinə Nizami Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, nümayəndə heyəti Cocuq Mərcanlı kəndində yeni tikilmiş Şuşa məscidinin bənzəri olan məsciddə və Həziyevlər ailəsinin evində də olublar.
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər