Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə məktəblilər arasında dama üzrə rayon turniri keçirilib

13 iyun 2018 | 16:00

13 iyun 2018-ci il tarixində 328 №-li tam orta məktəbdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Nizami rayon məktəbliləri arasında dama üzrə rayon turniri keçirilib.

Turnirin açılış mərasimində çıxış edən 328 №-li tam orta məktəbin direktoru Asif Nəbiyev, Nizami Rayon Gənclər və İdman idarəsinin rəis müavini Vasif İsayev və aparıcı məsləhətçisi Tural İsmayılov turnir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, həmçinin idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıblar və məktəblilərə müvəffəqiyyətlər arzulayıblar.

Olimpiya sistemi üzrə  şəxsi növdə  keçirilən turnirdə rayonun 20 tam orta məktəbini təmsil edən 20 şagird iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I yeri Ariz Xudiyev (242 №-li tam orta məktəb), II yeri Aslan Aslanlı (328 №-li tam orta məktəb), III yeri Nihad Dadaşov (“Zəngi” liseyi) tutublar.

Sonda qaliblərə Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlar təqdim olunub.

 

 

 

Keçidlər