Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Şahmat" üzrə rayon turniri keçirilib

29 aprel 2019 | 16:00

29 aprel 2019-cu il tarixində Qara Qarayev prospekti 71 ünvanındakı abad məhəllədə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Şahmat" üzrə rayon turniri keçirilib.

Turnir ayrı-ayrılıqda oğlanlar və qızlar arasında olimpiya sistemi üzrə şəxsi növdə keçirilib. Turnirdə ümumilikdə 30 gənc şahmatçı qüvvəsini sınayıb.

Turnirdə oğlanlar arasında I yeri  Ülvi Bayramov (220 nömrəli məktəb-lisey), II yeri Taleh Hüseynov (227 nömrəli tam orta məktəb) və III yeri Nicat Məmmədov (242 nömrəli tam orta məktəb), qızlar arasında isə I yeri Ləman Nağıyeva (328 nömrəli tam orta məktəb), II yeri Mehin Taba-Tabai (242 nömrəli tam orta məktəb), III yeri Leyla Bədirli (220 nömrəli məktəb-lisey) tutublar.

Turnirin bağlanış mərasimində  Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və Nizami Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vasif İsayev iştirakçılara öz ürək sözlərini çatdıraraq təbrik ediblər.

Sonda qaliblərə Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim edilib.

 

Keçidlər