Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Zərərli vərdişlərin ağır fəsadları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

15 noyabr 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının illik iş və tədbirlər planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə 15 noyabr 2019-cu il tarixində 214 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlərin ağır fəsadları” mövzusunda görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis kapitanı Natiq Yusifov və 214 №-li məktəbin direktoru Esmira Ağayeva çıxış edərək zərərli vərdişlər, onların sağlam həyat tərzinin formalaşdırılmasında göstərdiyi mənfi təsirlər, eləcə də insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə tədbir iştirakçılarına məlumatlar veriblər. Çıxışlarda sağlam həyat tərzinin alternativi olmadığı və yeniyetmə-gənclərin zərərli vərdişlərdən uzaq olmasının zəruriliyi önə çəkilib.

Tədbirdə həmçinin zərərli vərdişlər barəsində şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu yaralardan bəhs edən  video-çarx nümayiş etdirilib.

Keçidlər