Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir

18 iyul 2020 | 16:00

18 iyul 2020-ci il tarixində koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nizami rayonunda təkrar profilaktik dezinfeksiya işləri aparılıb.

Rayon ərazisində prospekt və küçələr xüsusi texnika vasitəsilə dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub. Eyni zamanda, rayon ərazisindəki parklar, məhəllədaxili yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, ödəniş terminalları və bankomatlar, yaşayış binalarının həyətləri, blokları, pılləkən qəfəsələri, lift kabinələri, məhəllələrdəki idman-əyləncə qurğuları, söhbətgahlar, məişət tullantıları konteynerləri və meydançaları zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya olunub.

 

 

Keçidlər