Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

2019-cu ildə görülən işlər

Elektrik enerjisi təchizatı

“Azərişıq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən əhalinin elektrik təchizatının yaxşılaşdırılması və fasiləsiz enerji ilə təmin edilməsi məqsədilə ötən il 41 TM əsaslı təmir edilmiş, 1060 p/m kabel xətti çəkilmiş, 4 ədəd 630 kVA-lıq transformator 1000 kVA-lıq transformatorla əvəzlənmiş, ayrı-ayrı ünvanlarda 400A paylayıcı lövhə yenisi ilə əvəzlənmiş, 51 ədəd transformator məntəqəsi, 65 Kompleks transformator məntəqəsi təftiş edilmiş və cari təmir işləri aparılmışdır.

Məcburi köçkünlərin sıx məskunlaşdıqları yataqxanalarda monitorinq keçirilmiş və enerji təchizatını yaxşılaşdırmaq üçün elektrik sisteminin yenilənməsinə və təmirinə tələb olunan materiallar müəyyənləşdirilərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir.

Küçə və məhəllələrin işıqlandırılması iüçün ayrı-ayrı ünvanlarda 170 dirək quraşdırılmış,  6440 p/m kabel xətti çəkilmiş, 4324 ədəd lampa dəyişdirilmiş və 280 çıraq quraşdırılmışdır.
Ötən dövr ərzində rayonun ərazisində yerləşən məktəb, səhiyyə və məktəbəqədər uşaq müəssisələrindəki küçə işıqları təftiş edilmiş və aşkar olunmuş qəzalar aradan qaldırılmışdır. Rayon ərazisində tələb olunan məhəllələrlə küçə işıqlarının bərpası istiqamətində işlər davam etdirilir.

Qaz təchizatı

Rayon Qaz təsərrüfatı üzrə il ərzində ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 2600 p/m qaz xətti çəkilmiş, 210 mexaniki sayğac “Smart kart” tipli sayğacla əvəz edilmiş, istismara yararsız vəziyyətdə olan 7 ədəd SQTM-500 tipli qaz tənzimləyicisi yenisi ilə əvəz olunmuşdur.

Rayon ərazisində uzun müddət istismar nəticəsində yararsız vəziyyətə düşmüş 6270 p/m metal qaz boruları, plastmas borularla əvəzlənmiş və bu istiqamətində işlər davam etdirilir.

İstilik təchizatı

Rayon ərazisindəki yaşayış və qeyri-yaşayış sahələrini istiliklə təmin etmək məqsədilə “Azəristiliktəchizat” ASC-nin 4 və 16 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən 33 qazanxanaya və bir istilik məntəqəsinə xidmət göstərilir .Cari il ərzində ayrı-ayrı ünvanlarda 851 p/m istismara yararsız müxtəlif diametrli borular dəyişdirilmiş, 61 qazan mexaniki üsulla ,23 qazan isə kimyəvi üsulla ərp yığıntısından təmizlənmiş, qazanxanalarda 8 ədəd müxtəlif markalı nasos əsaslı, 46 ədəd isə cari təmir edilmişdir. Qazanxanalarda, magistral və məhəllədaxili  istilik xətlərinin üzərində olan 843 ədəd müxtəlif  ölçülü siyirtmə təftiş edilmiş, onlardan 510-u cari, 140-ı  əsaslı təmir olunmuş, 18 ədədi isə yenisi ilə əvəz olunmuşdur. Qazanxanalarda olan 33 ədəd tüstü borusu  təmizlənərək  işlək vəziyyətə gətirilmiş, 98 ədəd qoruyucu klapan təmir olunmuşdur.

Rayon ərazisində 2019-2020-ci mövsüm ilində “Azəristiliktəchizat” ASC-nin balansında olan  523 yaşayış binasından 426-sı, 23 orta məktəb, 10 uşaq bağçası, 14 səhiyyə, 253 təsərrüfat hesablı obyekt, 7 büdcə təşkilatı istiliklə təmin olunur. Rayon ərazisində istiliklə təmin olunmayan 97 yaşayış binasının istiliklə təmin olunması barədə “Azəristiliktəchizat”  ASC tərəfindən mütəmadi işlər aparılır.

Su təchizatı və kanalizasiya

Nizami Rayon Sukanal İdarəsi tərəfindən rayon əhalisinin fasiləsiz içməli su ilə təmin olunması, kanalizasiya sularının maneəsiz axıdılması məqsədilə 944 qəza halı aradan qaldırılmış, ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 2571 p/m istismara yararsız su borusu yeniləri ilə əvəzlənmiş, müxtəlif diametrli 1769,5 p/m kanalizasiya xətti təmir olunmuş, 14 siyirtmə, 29 elektrik mühərriki, 46 ədəd su nasosu təmir edilmiş, 12 yaşayış binasında mənzildaxili dik dayaq su xətləri pilləkən qəfəsəsinə çıxarılaraq mənzillərə “Smart kart” tipli sayğaclar quraşdırılmış, bu günədək 45171 ədəd mexaniki sayğac ”Smart kart” tipli sayğacla əvəzlənmiş, kanalizasiya sistemlərində baş vermiş 3705 tutulma halı aradan qaldırılmış, 25 kanalizasiya lyuku yenisi ilə əvəz olunmuş, 38 ədəd kanalizasiya quyusu tikilmiş, 25 kanalizasiya quyusu asfalt örtük səviyyəsinə qaldırılmışdır.

Lift təsərrüfatı

“Lifttəmir” İstehsalat Birliyi “Temp” Dövlət Müəssisəsi tərəfindən Nizami rayonunun ərazisində olan 411 ədəd sərnişin liftinə xidmət göstərilir. Ötən il ərzində “Temp” Dövlət Müəssisəsi tərəfindən rayon ərazisində 16 ədəd 380/110 transformator, 24 ədəd 3,5 kVt-lıq mühərrik, 18 ədəd əyləc dolağı, 21 ədəd rotor, 8 ədəd isə şkif təmir edilmişdir. 1269 metr müxtəlif diametrli buraz  yenisi ilə əvəz olunmuşdur.

Rayonda istismara yararsız sərnişin liftlərinin dəyişdirilməsi işləri aparılır, onlardan 66 lift artıq yenisi ilə əvəzlənmiş, 20 liftə isə işlər davam etdirilir.
Bu istiqamətdə aparılan işlərə baxmayaraq istismar müddəti bitmiş 250 liftin dəyişdirilməsinə ehtiyac vardır.

Mənzil-kommunal təsərrüfatı

Mənzil Fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanılması məqsədilə yaşayış binaların damlarına 26270 m2  şüşə ruberoid vurulmuş, 235 p/m su xətti, 410 p/m kanalizasiya xətti, 1450 p/m navalça, 572 p/m yağış su borusu dəyişdirilmiş, ümumi istifadə yerində sınmış 1060 m2 şüşə yenisi ilə əvəz edilmiş, 115 mövcud giriş qapısı, 1240 m2 şifer dam örtüyü təmir edilmiş, 1645 p/m tüstü bacası və ventelyasiya kanalları təmizlənmiş, 102 ədəd seyf dəmir qapı quraşdırılmış, xidməti binalarda uzun müddət istismarda olan 516 p/m lift kabeli dəyişdirilmiş, 16 binanın yastı dam örtükləri, çardaq dam örtüyü ilə əvəz edilmiş və bu binalarda əsaslı təmir-bərpa işləri aparılmışdır.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə B.Nuriyev küçəsində yerləşən 37, 39, 41, 43, 47, 49, 51, 53, 55, 57, 55/57, Q.Qarayev prospekti 57, M.X.Şərifli küçəsi 84, 86, 88, 90, 92 R.Rüstəmov küçəsi 35, 37, 39 və Q.Qarayev prospekti 63 saylı binaların həyətləri abadlaşdırılmış və binalar əsaslı təmir edilmişdir. Hazirda C.Naxçıvanski küçəsi 88, 90 və 92 saylı binaların həyətləri abadlaşdırılır, binalar əsaslı təmir-bərpa olunur.

Rayon İcra Hakimiyyətinin daxili resursları hesabına hazırda Q.Qarayev prospekti 73 saylı binada əsaslı təmir-bərpa işləri aparılır, yastı dam örtüyü çardaq dam örtüyü ilə əvəzlənir. Rayon üzrə 282 binanın istismara yararsız ruberoid dam örtüyünün əvəzlənməsi istiqamətində aparılmış işlər nəticəsində artıq 27 binanın dam örtüyü əsaslı təmir edilmiş və bu istiqamətdə təmir-bərpa işləri davam etdirilir. 3400 ədəd müxtəlif növ ağac, 1750 gül kolları əkilmiş və 15300 m2 qazon ot örtüyü salınmışdır. 28445 m2 asfalt örtüyü yenilənmişdir, bu istiqamətdə işlər davam etdirilir.

Rayon ərazisindəki yaşayış və qeyri-yaşayış sahələrini istiliklə təmin etmək məqsədilə “Azəristiliktəchizat” ASC-nin 4 və 16 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən 33 qazanxanaya və bir istilik məntəqəsinə xidmət göstərilir .Cari il ərzində ayrı-ayrı ünvanlarda 851 p/m istismara yararsız müxtəlif diametrli borular dəyişdirilmiş, 61 qazan mexaniki üsulla ,23 qazan isə kimyəvi üsulla ərp yığıntısından təmizlənmiş, qazanxanalarda 8 ədəd müxtəlif markalı nasos əsaslı, 46 ədəd isə cari təmir edilmişdir. Qazanxanalarda, magistral və məhəllədaxili  istilik xətlərinin üzərində olan 843 ədəd müxtəlif  ölçülü siyirtmə təftiş edilmiş, onlardan 510-u cari, 140-ı  əsaslı təmir olunmuş, 18 ədədi isə yenisi ilə əvəz olunmuşdur. Qazanxanalarda olan 33 ədəd tüstü borusu  təmizlənərək  işlək vəziyyətə gətirilmiş, 98 ədəd qoruyucu klapan təmir olunmuşdur.

2019-cu il ərzində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən T.Abbasov və E.Süleymanov küçələrinin istismara yararsız asfalt örtükləri hissə-hissə yenilənmiş və ayrı-ayrı küçələrdə cari təmir-bərpa işləri aparılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

 

Keçidlər